Ləğvetmə Mükafatı

ləğv olunmuş müəssisənin borcları, səhmdar kapitalı üzrə ödənişləri və digər ödəmələri həyata keçirildikdən sonra sərəncamında qalan vəsaitlərin məcmusu.
Ləğvetmə Komissiyası
Ləğvetmə Strategiyası
OBASTAN VİKİ
Honda mükafatı
Honda mükafatı — (ing. Honda Prize;yap. 本田賞) Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat == Yaranması == Honda (Honda Foundation) mükafatı1980-ci ildən etibarən hər il Honda Fondu tərəfindən verilir.Əsası Soiçiro Honda və onun kiçik qardaşı Benciro Honda tərəfindən 1977-сi ilin dekabrında qoyulan Honda Fonduna indi Xiromori Kavaşima başçılıq edir .Mükafatın əsasını diplom, medal və pul mükafatı təşkil edir(10 milyon yapon İenası). Dünyanın bir çox tanınmış alimləri , həmçinin Nobel mükafatının 3 laureatı bu mükafatı almışdır. Honda mükafatını alan ilk və yeganə azərbaycanlı alim Lütfi Zadədir. == Şirkətin tarixi == Porşen üzüklərinin istehsalı Hondanın Soitirosunun sahibkar fəaliyyətinin birinci təcrübəsi idi. O, 1938-ci ildə qarajda qaydaya saldı. İki il sonra o Toyota şirkətindən böyük sifarişi aldı, icrası üçün ona yeni zavodu tikmək lazım oldu. İkinci dünya müharibəsindən sonra o Toyota şirkətinin öz zavodunu satdı və Fudzisavının köməyi ilə motosikllərin istehsalıyla məşğul oldu, hansı ki, yeni şirkətin maliyyələşdirilməsini təmin etdi, həmçinin marketinq strategiyasıyla məşğul olurdu. 1946-cı ildə Honda Technical Research Institute-u (Hondanın Texniki elmi tədqiqat institutu) yaradılmışdı, 24 sentyabr 1948-ci ildə şirkət kimi qeyd edilmişdi.
Hotornden mükafatı
Hotornden mükafatı (ing. Hawthornden Prize) — 1919-cu ildə Alisa Uorrender tərəfindən təsis edilən britaniya ədəbiyyat mükafatı. Müəlliflər hər hansı üslubda (nəsr və ya şeir) yazılan ən yaxşı sənət əsəri üçün təltif olunur. Bir neçə il qalib olmasa da, Hotornden mükafatı qaliblərə hər il təqdim olunur. Laureat münsiflər heyəti tərəfindən xüsusi səsvermə ilə təyin olunur. 1945–1957, 1959, 1966, 1971–1973, 1984–1987 illərdə mükafatın qalibi təyin olunmamışdır.
Humay mükafatı
Humay mükafatı — 1993-cü ildən "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis olunan və laureatları "Humay" Akademiyasının üzvləri tərəfindən müəyyən edilən milli mükafat. Mükafatlar, əsasən, musiqi, kino, teatr, təsviri sənət, ədəbiyyat, kitab, jurnalistika, televiziya, elm, idman, rəqs və foto nominasiyalarına görə təyin olunur.
Humboldt mükafatı
Humboldt mükafatı – Almaniya universitetlərinin təqdimatı ilə Aleksandr fon Humboldt Fondu tərəfindən verilən mükafat. Mükafat dünyanın müxtəlif ölkə alimlərinə Almaniya alimləri ilə birgə bir sıra layihələrdə fəaliyyt göstərməyə imkan verir. Mükafat təxmin edilən tədqiqtlara və dərc edilmiş məqalələrə görə Almaniyada yaşamayan alimlərə verilir. Laureatın təqdimatını Almaniya alimləri və ya Humboldt mükafatının laureatları irəli sürə bilərlər. Mükafat Almaniya universitetlərinin birinə bir il müddətinə dəvəti nəzərdə tutur. Tədqiqat müddətini bir neçə dövrə bölməkə də olar. Mükafatın həcmi 60 000 avrodur. Hər il müxtəlif elm sahələri üzrə 100-ə qədər mükafat verilir, təqdimat Almaniya universitetinin birində baş verir.
Hyuqo mükafatı
Hüqo mükafatı — hər il əvvəlki il yayımlanan ən yaxşı elmi fantastika və fentezi işlərinə müxtəlif kateqoriyalarda verilən mükafat. Mükafatın adı qabaqcıl elmi fantastika jurnalı Amazing Storiesin qurucusu olan Hüqo Qernsbekdən gəlir. İlk olaraq 1953-cü ildə verilən mükafat 1955-dən bəri aralıqsız hər il sahiblərini tapır. Hüqo mükafayı namizədləri və qazananları Worldcon sırasında qurultaya qatılan üzvlər tərəfindən müəyyən edilir. Hər kateqoriyada beş namizəd arasından biri WSFS-nin müəyyən etdiyi seçim sistemi olan alternatif səs sistemi üsuluna görə seçilir. Üzvlər mükafata layiq əsər tapa bilməyəndə mükafat yoxdur seçimini də etmə haqqına sahibdirlər. Hoffman Bronze Company tərəfindən bir raket formasında dizayn edilən mükafat hal-hazırda elmi fanı olan Piter Ueston tərəfindən yaradılıb. Raket formasında mükafatın bağlı olduğu qayda isə Worldcon komitəsinin məsuliyyətindədir və hər il dizaynı dəyişdirilir. Bir sonrakı mükafat mərasimi 5 sentyabr 2010 tarixinde 68-ci Worldcon-a (Aussiecon 4) ev sahibliyi etməli olan Avstraliyanın Melburn şəhərində təşkil ediləcək. == Tarixi == 1939-cu ildən bəri Worldcon sırasında ən yaxşı işlərin müəyyən edilməsi üçün seçim edilməsinə baxmayaraq, ilk dəfə 1953-cü ildə bu seçim nəticəsində bir mükafat verilməsi gündəmə gəldi.
Hüqo Mükafatı
Hüqo mükafatı — hər il əvvəlki il yayımlanan ən yaxşı elmi fantastika və fentezi işlərinə müxtəlif kateqoriyalarda verilən mükafat. Mükafatın adı qabaqcıl elmi fantastika jurnalı Amazing Storiesin qurucusu olan Hüqo Qernsbekdən gəlir. İlk olaraq 1953-cü ildə verilən mükafat 1955-dən bəri aralıqsız hər il sahiblərini tapır. Hüqo mükafayı namizədləri və qazananları Worldcon sırasında qurultaya qatılan üzvlər tərəfindən müəyyən edilir. Hər kateqoriyada beş namizəd arasından biri WSFS-nin müəyyən etdiyi seçim sistemi olan alternatif səs sistemi üsuluna görə seçilir. Üzvlər mükafata layiq əsər tapa bilməyəndə mükafat yoxdur seçimini də etmə haqqına sahibdirlər. Hoffman Bronze Company tərəfindən bir raket formasında dizayn edilən mükafat hal-hazırda elmi fanı olan Piter Ueston tərəfindən yaradılıb. Raket formasında mükafatın bağlı olduğu qayda isə Worldcon komitəsinin məsuliyyətindədir və hər il dizaynı dəyişdirilir. Bir sonrakı mükafat mərasimi 5 sentyabr 2010 tarixinde 68-ci Worldcon-a (Aussiecon 4) ev sahibliyi etməli olan Avstraliyanın Melburn şəhərində təşkil ediləcək. == Tarixi == 1939-cu ildən bəri Worldcon sırasında ən yaxşı işlərin müəyyən edilməsi üçün seçim edilməsinə baxmayaraq, ilk dəfə 1953-cü ildə bu seçim nəticəsində bir mükafat verilməsi gündəmə gəldi.
Jorj mükafatı
Jorj mükafatı — Rusiyada təqdim olunan İnternet-kino mükafatı. Əsasən bloqerlərə və İnternet-jurnalistika sahəsində nailiyyətlər qazanan şəxsərə verilir. İlk təqdimatı 2005-ci ildə olmuşdur.
Kafka Mükafatı
Kafka mükafatı alman dilli Avstriya yazıçısı Frans Kafkanın şərəfinə verilən beynəlmiləl ədəbi mükafatdır. 2001-ci ildən Frans Kafka Cəmiyyəti və Praqa şəhəri sponsorluğu ilə verilir. Mərasim Praqada keçirilir. Qalib gələnlərə $10000, diplom və kiçik bürünc heykəlcik verilir. Mükafatı almaq üçün lazım olan xüsusiyyətlər humanist dəyərlər və tolerantlığı təbliğ etməsidir. ABŞ Roçester Universiteti Janet Heydiger Kafka mükafatı adlı başqa bir ədəbi mükafat verir. Bunlar çox zaman eyni adla adlansalar da eyni mükafat deyillər. Filip Rot, İvan Klima, Harold Pinter, Haruki Murakami və b. bu mükafatın sahibi olmuşlar.
Lenin Mükafatı
== Həmçinin bax ==
Loebner mükafatı
Loebner mükafatı (ing. Loebner Prize) — Hugh Loebner (d.t: 1941) tərəfindən maliyələşdirilən Loebner mükafatları hər il Süni İntellekt dialoq sistemi proqramları arasında bölünməkdədir. Bu yarışma Türinq testi kriteriyaları diqqətə alınaraq əslinə uyğun bir şəkildə edilməkdədir. == Mükafatlar == 1. yer 100.000 dollar 2. yer 25.000 dollar 3. yer 5.000 dollar Hugh Loebner yarışmaya qatılan layihələri Cambridge də müəyyən bir mərkəz ilə birlikdə dəyərləndirməkdədir.
Nebula mükafatı
Nebula mükafatı (ing. Nebula Award) Amerika Elmi Fantastika və Fentezi Yazıçıları tərəfindən hər il əvvəlki iki il ABŞ-də yayımlanan ən yaxşı elmi fantastika və fentezi işlərinə verilən mükafat. Şəffaf bir blok içinə basdırılmış spiral nebula formasındakı mükafatla birlikdə pul verilmir.
Nika mükafatı
Nobel Mükafatı
Nobel Mükafatı — Nihad ağazadə 2024cü ildə Nobel mükafatı almışdır. İlk beynəlxalq mükafat 27 noyabr 1895-ci il tarixli və 30 dekabr 1896 tarixində Stokholmda açıqlanan vəsiyyətnaməsi ilk Alfred Nobel tərəfindən qurulan dərnəyə verdiyi, insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafatdır. Alfred Bernard Nobelin ölümündən sonra Alan Kapital Nobel fondunu təşkil etmişdir. Həmin Kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. İlk Nobel Mükafatları 1901-ci ildə verilməyə başlanmışdır. Nobel mükafatının məbləği təxminən 1.400.000$ (2.380.000 Manat) a bərabərdir. 1888-ci il Alfred Nobel fransız qəzetində özünə həsr edilmiş, jurnalistlərin səhvinə görə çap olunmuş "Ölüm taciri dünyasını dəyişdi" adında nekroloqu oxudu. Bu məqaləni oxuduqdan sonra Nobel öz fəaliyyətindən qalan izi barədə fikirləşməyə başladı. Bundan sonra o, öz vəsiyyətini dəyişmək qərara gəldi. Alfred Nobel 1896-cı ilin dekabrın 10-da İtaliyanın San-Remo şəhərində beyindaxili qansızmasından vəfat etmişdir 27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir.
Oskar mükafatı
Akademiya mükafatları (ing. Academy Awards) və ya daha çox tanınan adı ilə "Oskar" mükafatı (ing. Oscar Awards) — film sənayesində bədii və texniki dəyər üçün verilən və 1929-cu ildə yaradılmış mükafat. Film Sənətləri və Elmləri Akademiyası tərəfindən illik olaraq verilən mükafatlar, Akademiyanın səsvermə üzvləri tərəfindən yoxlanılaraq verilən ən nüfuzlu film mükafatıdır. Müxtəlif kateqoriyalı qaliblərə daha çox "Oskar" ləqəbi ilə tanınan, ancaq rəsmi olaraq "Akademiya mükafatı" adlandırılan qızıl heykəlin bir nüsxəsi verilir. Mükafat Sedrik Qibbons tərəfindən hazırlanmış dizayn eskizindən ilhamlanan Corc Stenli tərəfindən tərtib edilmişdir. İlk dəfə 1929-cu ildə Hollywood Roosevelt Hotelində Duqlas Ferbensk tərəfindən təşkil edilən xüsusi bir yeməkdə təqdim edilib. "Oskar" mükafatı mərasimi ilk olaraq 1930-cu ildə yayımlanmışdır. 1953-cü ildə isə ilk dəfə televiziyada yayımlanmışdır. Bu dünyanın ən köhnə əyləncə mükafatları mərasimi idi və dünya səviyyəsində canlı olaraq baxılırdı.
Piçiçi Mükafatı
Piçiçi mükafatı İspaniyanın yerli idman nəşri sayılan "Marca" tərəfindən, hər mövsüm La Liqada ən çox qol vuran oyunçuya təqdim edilən mükafatdır. Bu mükafat "Atletik Bilbao" klubunun oyunçusu olmuş Rafael "Piçiçi" Morenonun adına adlandırılandan sonra 1952/53 mövsümündən etibarən hər il qalib oyunçuya təqdim edilir. Piçiçi mükafatı İspaniya Futbol Federasiyası tərəfindən rəsmi olaraq tanınmayıb. Mükafat "Marca" nəşrinin subyektiv meyarlarına əsasən müəyyən olunur.
Pritsker mükafatı
Pritsker mükafatı (ing. Pritzker Architecture Prize) — hər il memarlıq sahəsində təltif edilən mükafatdır. Mükafat dünyada çox məşhurdur və Nobel mükafatının analoqu hesab edilir.
Pulitser mükafatı
Pulitser mükafatı (ing. Pulitzer Prize) — ədəbiyyat, jurnalistika, musiqi və teatr sahəsində xidməti olan şəxslərə verilən mükafat. == Ümumi Məlumat == Pulitzer ədəbiyyat, jurnalistika, musiqi və teatr sahəsində xidməti olan şəxslərə verilən mükafatdır. Bu mükafat macar əsilli amerikalı naşir Jozef Pulitzer tərəfindən təsis edilib. Hər il aprel ayında qaliblərə mükafatlar 21 kateqoriya üzrə verilir. 20 kateqoriya üzrə hər qalibə sertifikat və 10 min ABŞ dolları verilir. Jurnalistika sahəsində ictimai xidmətinə görə qalib qızıl medalla mükafatlandırılır. Hal hazırda birdən çox Pulitzer alanlar da var. Onların siyahısı isə tamamlanmayıb. Mükafatın təsis edilmə tarixi 20-ci əsrin əvvəllərinə aiddir.
Pulitzer mükafatı
Pulitser mükafatı (ing. Pulitzer Prize) — ədəbiyyat, jurnalistika, musiqi və teatr sahəsində xidməti olan şəxslərə verilən mükafat. == Ümumi Məlumat == Pulitzer ədəbiyyat, jurnalistika, musiqi və teatr sahəsində xidməti olan şəxslərə verilən mükafatdır. Bu mükafat macar əsilli amerikalı naşir Jozef Pulitzer tərəfindən təsis edilib. Hər il aprel ayında qaliblərə mükafatlar 21 kateqoriya üzrə verilir. 20 kateqoriya üzrə hər qalibə sertifikat və 10 min ABŞ dolları verilir. Jurnalistika sahəsində ictimai xidmətinə görə qalib qızıl medalla mükafatlandırılır. Hal hazırda birdən çox Pulitzer alanlar da var. Onların siyahısı isə tamamlanmayıb. Mükafatın təsis edilmə tarixi 20-ci əsrin əvvəllərinə aiddir.
Qremmi mükafatı
Qremmi mükafatı — ABŞ səsyazma şirkətləri Assosiasiyası tərəfindən 14 mart 1958-ci ildə təsis olunan və Amerika səsyazma akademiyası tərəfindən təqdim edilən musiqi mükafatı. 2012-ci ilədək mükafat 108 kateqoriya və 30 fərqli musiqi tərzini əhatə etsə də, həmin il edilmiş dəyişiklikdən sonra mükafat 78 kateqoriyada verilir. Mükafatın adı qramofon aparatının adının qısaltma-əzizləmə formasındakı adıdır. 31 Qremmi mükafatı ilə , Georg Solti ən çox Qremmi almış artist hesab olunur . Alison Krauss 27 mükafat ilə qadınlar arasında ilk yerdə durur. U2 qrupu , 22 mükafatla ən çox Qremmi almış qrup olaraq qalır. Qremmi mükafatları Big Three Networks-in illik əsas musiqi mükafatlarından birincisidir və Akademiya Mükafatları (filmlər üçün), Emmi Mükafatları (televiziya üçün) və Tony Mükafatları (teatr üçün) ilə birlikdə dörd əsas illik Amerika əyləncə mükafatlarından biri hesab olunur. İlk Qremmi mükafat mərasimi 1958-ci il sənətçilərinin musiqi uğurlarını təqdir etmək üçün 4 may 1959-cu ildə keçirildi. 2011-ci il mərasimindən sonra Səsyazma Akademiyası 2012-ci il üçün bir çox Qremmi mükafatı kateqoriyasını yenidən təşkil etdi. Ümumilikdə 94 kateqoriyanı əhatə edən 66-cı Qremmi mükafatları 4 fevral 2024-cü ildə keçirilib.
Qüds mükafatı
Qüds mükafatı (ivr. ‏פרס ירושלים‏‎) — cəmiyyətdə fərdi azadlığını müdafiə edən yazarlara ədəbi mükafat. 1963-cü ildən bəri Qüdsdə iki ildə bir dəfə Beynəlxalq Kitab Sərgisi tərəfindən mükafatlandırılır. == Mükafat sahibləri == 1963 — Bertran Rassel (1872—1970) 1965 — Maks Friş (1911—1991) 1967 — Andre Şvarts-Bart (1928—2006) 1969 — İnyatsio Silone (1900—1978) 1971 — Xorxe Luis Borxes (1899—1986) 1973 — Ejen İonesko (1909—1994) 1975 — Simona de Bovuar (1908—1986) 1977 — Oktavio Pas (1914—1998) 1979 — İsayya Berlin (1909—1997) 1981 — Qrem Qrin (1904—1991) 1983 — Vidiadxar Suracprasad Naypol (1932—2019) 1985 — Milan Kundera (d. 1929) 1987 — Con Maksvell Kutzee (d. 1940) 1989 — Ernesto Sabato (1911—2011) 1991 — Zbiqnev Xerbert (1924—1998) 1993 — Stefan Qeym (1913—2001) 1995 — Mario Varqas Losa (d. 1936) 1997 — Xorxe Semprun (1923—2011) 1999 — Don Delillo (d. 1933) 2001 — Süzen Zontaq (1933—2004) 2003 — Artur Miller (1915—2005) 2005 — Antonio Lobo Antuneş d. 1942) 2007 — Leşek Kolakovski (1927—2009) 2009 — Xaruki Murakami (d. 1949) 2011 — İen Makyuen (d.
Saturn mükafatı
Saturn mükafatı (ing. Saturn Award) — Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası (ing. Academy of Science Fiction, Fantasy & Horror Films) tərəfindən təsis edilmiş, elmi fantastika, fentezi və qorxu filmi janrında olan filmlərə, seriallara və ev buraxılışlarına verilən mükafatdır.
Saxarov mükafatı
Andrey Saxarov adına "Düşüncə azadlığı" mükafatı (daha çox "Saxarov" mükafatı kimi tanınır) — həyatını insan hüquqları və düşüncə azadlığının müdafiəsinə həsr etmiş şəxsləri və ya bir qrup insanı mükafatlandırmaq üçün təqdim olunur. SSRİ vətəndaşı alim və insan hüquqları müvəkkili Andrey Saxarovun adını daşıyan bu mükafat 1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis edilmişdir. Namizədlərin son siyahısı hər il Avropa Parlamentinin Xarici İşlər Komitəsi və İnkişaf Komitəsi tərəfindən hazırlanır. Bu komitələrin tərkibindəki Avropa Parlamenti üzvləri sentyabrda son siyahını hazırlayır. Daha sonra son qərar Avropa Parlamentinin Prezidentlər Konfransı (Prezident və siyasi qrup liderləri) tərəfindən verilir və laureatın adı oktyabrın sonunda elan olunur. Mükafat dekabr ayının sonunda Parlamentin Strasburqdakı mərkəzində təşkil edilən mərasimdə verilir. Mükafata 50000 avro məbləğində pul mükafatı da daxildir. Mükafat ilk dəfə Cənubi Afrikadan olan Nelson Mandela və rus Anatoli Marçenkoya eyni zamanda verilmişdir. 1990-cı ildəki mükafat isə Anq San Su Kiyə təqdim olunmuşdur, lakin o, Birmada siyasi məhbus olduğuna görə mükafatı 2013-cü ilə qədər əldə etməyə müvəffəq olmamışdır. Mükafat, həmçinin təşkilatlara da verilə bilir.
Sezar mükafatı
"Sezar" (fr. César) — 3 aprel 1976-ci ildə təsis edilmiş Fransanın film mükafatlarıdır. Namizədlər "Académie des Arts et Techniques du Cinéma" üzvləri tərəfindən təyin olunar. Bu mükafat ABŞ-də verilən Oskar mükafatının analoqudur. Mükafatın adı Fransız heykəltaraş Sezar Baldaççinidən (1921-1998) götürülmüşdür.
Skanno mükafatı
Skanno mükafatı (it. Premio Scanno) — İtaliyanın Tanturri Fondunun təsis etdiyi mükafat. Mükafat gümüşdən hazırlanmış maskadan ibarətdir. 1972-ci ildə italiyalı yazıçı, jurnalist Rikkardo Tanturri de Horatio tərəfindən təsis olunmuş bu mükafat müxtəlif sahələr üzrə böyük istedad sahibləri, qeyri-adi yaradıcılıq qabiliyyətinə malik şəxslərin fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tanturri Fondu ənənəvi olaraq hər il ədəbiyyat, hüquq, sosiologiya, ekologiya, tibb, musiqi, ədəbiyyat və digər nominasiyalar üzrə fərqlənən şəxslərə "Skanno mükafatı"nı təqdim edir.
Sonninq mükafatı
Sonninq mükafatı (dan. Sonningprisen) — Avropa mədəniyyətinə fövqalədə töhfələr verən elm, mədəniyyət və ədəbiyyat xadimlərinə verilən mükafat. Sonninq mükafatı Danimarkalı yazıçı Karl Sonninqin şərəfinə hər iki ildən bir verilir. Kopenhagen Universitetinin rektorluğu tərəfindən seçilmiş nümayəndə heyəti mükafata namizəd olan şəxslər arasında seçim aparır və aparılan seçim nəticəsində qalib şəxsə 135.000 avro mükafat verilir. Mükafatlandırma mərasimi Karl Sonninqin doğum tarixi olan 19 apreldə Kopenhagen Universitetinin akt zalında təqdim olunur.